Türk dünyasının elmi inteqrasiyası: Ardahanda beynəlxalq tədbir
Bakı, 25 may, AZƏRTAC
UNESCO, Ardahan vilayəti Milli Təhsil İdarəsi, Yay Nəşrləri və Türk Dövlətləri Təşkilatının Orhun Fondu ilə əməkdaşlıq çərçivəsində Ardahan Universitetində III Beynəlxalq Ədəbiyyat, Dil və Təhsil Tədqiqatları Simpoziumu keçirilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva və Terminologiya şöbəsinin böyük elmi işçisi Aytən Hüseynova-Qəhrəmanlı simpoziumda məruzə ediblər.
Simpozium türk xalqlarının ortaq dil, ədəbiyyat və mədəniyyət dəyərlərinin elmi müstəvidə araşdırılması, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Türk dünyasının elmi-mədəni inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə məhsuldar elmi müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri dəyərləndirilib.