Türk filmləri həftəsi çərçivəsində beş ekran əsəri pulsuz göstəriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
Bu gündən etibarən Bakıda türk filmləri həftəsi başlayır. Noyabrın 27-dək davam edəcək film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə film həftəsinin baş koordinatoru Öner Kılıç mətbuat konfransı zamanı deyib.
Bildirib ki, beş türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, film həftəsinin ilk günü - noyabrın 23-ü saat 20:00-da Nizami Kino Mərkəzində “Güllər” filminin qala-gecəsi reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]