Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatasının tərkibində Qadın Sahibkarlığı ilə bağlı komitə yaradılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının Assambleyası və biznes forumu çərçivəsində Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatasının tərkibində Qadın Sahibkarlığı ilə bağlı komitə yaradılıb. Komitənin sədri seçkilərlə bilinib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) AZƏRTAC-a bildirilib ki, Türkdilli dövlətlərin ticarət nümayəndələrinin səsvermə nəticəsinə görə, sədr azərbaycanlı sahibkar xanım, AQSİA-nın sədri Səkinə Babayeva seçilib.
Seçilən sədr iki il müddətində vəzifəsini icra edəcək.