“TÜRKİSH AİRLİNES” TRANSFER SƏRNİŞİNLƏR ÜÇÜN İSTANBULDA PULSUZ EKSKURSİYALAR TƏŞKİL EDİR
AZƏRTAC xəbər verir ki, öz baza hava limanında transfer sərnişinlər üçün pulsuz ekskursiyalar təklif edən daşıyıcılar sırasına “Türkish Airlines” aviaşirkəti də əlavə olunmuşdur. İstanbulda bir təyyarədən başqasına minən və reyslər arasında ən azı 10 saat (biznes sinfinə aid sərnişinlər üçün 7 saat) vaxtları olan sərnişinlər həmin ekskursiyalarda iştirak edə bilərlər. Bundan əlavə, birinci reysin İstanbula gecə və ya səhər çatması, ikinci reysin isə oradan axşam uçması zəruridir. Ekskursiyaya gedənlər İstanbul hava limanından yerli vaxtla saat 9.00-da və 12.00-da yola düşürlər. Ekskursiyaların marşrutuna Topqapı sultan sarayı (çərşənbə axşamından başqa), Göy Məscid (Sultanəhməd məscidi), Cıdır meydanı, Ayasofya kilsəsi (bazar ertəsindən başqa) obyektləri daxildir.
Səhər ekskursiya proqramına düşməyə macal tapanlar şəhərin daha iki görməli yeri ilə tanış ola biləcəklər. Adətən, bu əlavə obyektlər Qəhriyyə muzeyi və Arxeologiya muzeyi olur. Turun qiymətinə nahar haqqı daxil deyildir. Şəhərə tamaşa etmək istəməyən sərnişinlər bunun əvəzinə hava limanındakı hoteldə pulsuz nömrə ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]