Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri xalqımızı “Eurovision” müsabiqəsində möhtəşəm qələbə münasibətilə təbrik etmişdir
Bakı, 16 may (AZƏRTAC). Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə xalqımızı təbrik etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Sinan Oğan bu qələbənin türk dünyasının qələbəsi olduğunu bildirmişdir. Dərnəyin rəhbəri qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd olunduğu həftə içində ulu öndərin müdrik kəlamında qeyd edildiyi kimi, bizim bir millət, iki dövlət olduğumuzu dost da, düşmən də gördü.
Sinan Oğan bildirmişdir ki, Avropanın möhtəşəm mahnı bayramında özünün dövlət bayrağı ilə yanaşı, Türkiyənin bayrağını da dalğalandıran Azərbaycanın bu hərəkəti qardaşlığımızın təcəssümü idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]