Türkiyə dövlətinin sərgilədiyi qətiyyətli mövqe işğalçı ölkəni çaşqın vəziyyətə salıb
Ankara, 16 iyul, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Türkiyənin nüfuzlu “Sabah” qəzetinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşən səfir Türkiyə dövlətinin xalq tərəfindən müdafiə olunması tarixinin ən şərəfli günlərindən olan 15 iyul faciəsində şəhid olanlara Allahdan rəhmət diləyərək vurğulayıb ki, dörd il əvvəl dövlət çevrilişinə cəhd ediləndə həmişə olduğu kimi Azərbaycan yenə də qardaş Türkiyənin yanında olub.
Müsahibəsində Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdlərinə geniş yer verən səfir diqqətə çatdırıb ki, bu məsələdə Türkiyə dövlətinin sərgilədiyi qətiyyətli və duyğusal mövqe işğalçı ölkəni çaşqın vəziyyətə salıb.
Qeyd olunub ki, Azərbaycan bütün göstəricilərinə görə, Ermənistandan qat-qat üstünlüyə malikdir. Dörd il əvvəl baş verən və dövlətçilik tariximizə Aprel döyüşləri kimi düşən hərbi qarşıdurmadan bəhs edən Xəzər İbrahim bildirib ki, həmin savaşda işğalçı dövlətə layiqli dərs verilib.
Müsahibədə, həmçinin Ermənistanın daxili vəziyyətindəki siyasi gərginlik, sosial böhran həddi, koronavirusun tüğyan etməsi kimi məsələlər barədə oxuculara ətraflı məlumat verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]