SİYASƏT
Türkiyə Ermənistan ilə Azərbaycan arasında sülhlə bağlı müzakirə prosesində mühüm rol oynaya bilər
Berlin, 27 sentyabr, AZƏRTAC
Türkiyənin və Almaniyanın xarici işlər nazirləri Hakan Fidan və xanım Annalena Berbokun Nyu-Yorkda keçirilən görüşündə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirə prosesində Türkiyənin rolu barədə də fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Türkiyə yaxın bölgəmizdə sülhün təmin olunmasında mühüm vasitəçidir. Türkiyə Ermənistan ilə Azərbaycan arasında tarixi sülhlə bağlı müzakirə prosesində mühüm rol oynaya bilər", - deyə məlumatda qeyd olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin