TÜRKİYƏ İLƏ AVROPA İTTİFAQI ARASINDA BAŞLAYAN ÜZVLÜK MÜZAKİRƏLƏRİNİN PLANI MƏLUM OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Türkiyə ilə üzvlük müzakirələrinin başlaması haqqında qərarından sonra Ankarada Aİ ilə müzakirələrin planı müəyyənləşdirilmişdir. Aİ ilə müzakirələrdə Türkiyə nümayəndə heyətinə dövlət naziri Əli Babacan rəhbərlik edəcəkdir. Müzakirələrə nəzarət və əlaqələndirmə işləri Türkiyənin beş qurumu – Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Dövlət Planlaşdırma Təşkilatı, Aİ baş katibliyi və Türkiyənin Aİ-dəki daimi nümayəndəliyi tərəfindən həyata keçiriləcəkdir.