Türkiyə KİV-ləri Dünya dini liderlərinin II Bakı Sammitini geniş işıqlandırıb
Ankara, 16 noyabr, AZƏRTAC
Dünya dini liderlərinin II Bakı Sammiti Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “Sabah” və “Yeni şəfəq” qəzetləri, o cümlədən TRT HABER, TRT Avaz, Diyanət TV və s. televiziya kanalları Sammitə dair informasiyalara geniş yer ayırıb.
KİV-lər Sammitin iştirakçıları, məqsədləri, tədbirdə müzakirə olunan mövzular, səsləndirilən fikirlər barədə məlumatları türkdilli oxuculara və tamaşaçılara çatdırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara