TÜRKİYƏ KOPENHAGEN GÖRÜŞÜNÜN QƏRARINI GÖZLƏYİR
Dekabrın 12-də Kopenhagendə Avropa Birliyinin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü keçiriləcəkdir. Onun gündəliyində duran əsas məsələlərdən biri Türkiyənin bu təşkilata daxil olması barədə danışıqların vaxtının müəyyən edilməsidir.
Türkiyə Avropa Birliyinin Helsinki toplantısında irəli sürülən bütün şərtləri yerinə yetirmiş, Konstitusiyada dəyişikliklər etmişdir və təşkilata üzv olmaq üçün 2003-cü ildə danışıqlara başlanmasını istəyir.
Türkiyənin Avropa Birliyinə daxil olmasını ən çox dəstəkləyən ölkə Amerika Birləşmiş Ştatlarıdır. Dekabrın 10-da Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Corc Buşun dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Ağ evdə keçirilən görüşdə Prezident Corc Buş və Rəcəb Tayyib Ərdoğan bir sıra məsələlərlə yanaşı, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsini də müzakirə etmişlər. ABŞ-ın Prezidenti Türkiyənin AB-yə daxil olmasını dəstəklədiyini bildirmiş və bununla bağlı danışıqların başlanması üçün yaxın bir tarixin müəyən edilməsinin əhəmiyyətini vurğulamışdır. Cənab Corc Buş Türkiyəni ABŞ-ın ən yaxın dostu və önəmli müttəfiqi kimi dəyərləndirmişdir.
Həmin gün Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan ilə görüşmüşdür. Söhbət zamanı BMT-nin Kiprlə əlaqədar hazırladığı və adada yaşayan türk və yunan tərəflərinə təqdim olunan plan haqqında fikir mübadiləsi aparılmışdır.
Dekabrın 11-də Türkiyə Respublikasının baş naziri Abdullah Gül və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Kopenhagenə yola düşmüşlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]