TÜRKİYƏ MÜQƏDDƏS NİKOLAYIN CƏSƏDİNİN QALIQLARININ QAYTARILMASINA ÇALIŞIR
O demişdir: “Biz xaricdə Santa-Klaus adı ilə daha məşhur olan Müqəddəs Nikolayın cəsədinin qalıqlarını Haaqa Beynəlxalq məhkəməsi vasitəsilə qaytarmağa çalışacağıq. Ali Vəkillər İttifaqı bizim adımızdan bu instansiyaya yaxın vaxtlarda müvafiq tələb göndərəcəkdir”.
Onun sözlərinə görə, Müqəddəs Nikolayın cəsədinin qalıqlarını İtaliyanın Bari şəhərindən qaytarmaq üçün uzun illər göstərilmiş səylər bir nəticə vermədiyindən, Haaqa Beynəlxalq məhkəməsinə müraciət etmək qərara alınmışdır.
Müəmmər Qarabulud demişdir: “1087-ci ildə oğurlanaraq, Bariyə aparılmış Müqəddəs Nikolayın cəsədinin qalıqlarını onun tarixi vətəninə - Demre şəhərinə qaytarmağı özümüzə tarixi borc sanırıq. Biz haqq-ədalətin zəfər çalmasını və yüz illərlə əvvəl edilmiş səhvin düzəldilməsini istəyirik”.
Rəvayətlərə görə, Müqəddəs Nikolay eramızın 245-ci ilində Aralıq dənizinin sahilində yerləşən indiki Fəthiyə kurortu yaxınlığında, Patara qəsəbəsində doğulmuşdur. 334-cü il dekabrın 6-da o, Antalya vilayətinin Demre şəhərində vəfat etmiş və ölümündən sonra müqəddəs elan olunmuşdur. V əsrdən IX əsrədək onun məzarı ziyarətgah olmuş, lakin 1087-ci ildə bu məzar qarət edilmiş və müqəddəsin cənazəsinin qalıqları İtaliyaya aparılmışdır və Bari şəhərində onun adını daşıyan meydandakı bazilikada saxlanılır.