Türkiyə Superliqası: “Fənərbağça” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib
Bakı, 9 fevral, AZƏRTAC
İstanbulun “Fənərbağça” klubu Türkiyə Superliqasının XXI turunda doğma meydanda “Alanyaspor” komandası ilə heç-heçə edib.
AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən oyunda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.
Günün digər oyununda - “Konyaspor” - “Denizlispor” matçında qolsuz heç-heçə qeydə alınıb. “Beşiktaş” isə doğma meydanda “Qaziantep”in qapısından üç cavabsız top keçirib. “Trabzonspor” isə səfərdə “Gənclərbirliyi”nə 2:0 hesabı ilə qalib gəlib.
Fevralın 9-10-da tur çərçivəsində “Kayserispor”-“Antalyaspor”, “Sivasspor”-“Başakşəhər”, “Kasımpaşa”-“Qalatasaray” və “Göztəpə”-“Rizəspor” qarşılaşmaları oynanılacaq.