Türkiyə Ukraynaya tibbi yardım göstərəcək
Kiyev, 13 aprel, AZƏRTAC
Türkiyə COVID-19 kontekstində Ukraynaya tibbi yardım göstərmək üçün icazə almaq üçün proseduru və tələbləri müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrinforma Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa məlumat verib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aprelin 1-də aparılmış telefon danışığında müvafiq razılığa gəlinib. Razılaşmaya əsasən, Türkiyə tərəfi Ukraynaya zəruri məhsulların ixracına istehsalçıların müraciətinə məhsulun növündən asılı olaraq müsbət cavab alındıqdan sonra icazə verəcək.
Diplomat, həmçinin Ankaradakı Başkent Universiteti tərəfindən Ukraynaya 3,5 min tibbi maska və 100 min cərrahiyyə xalatı göndərildiyini, ən yaxın zamanda ehtiyacı olanlara paylanacağını bildirib.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]