Türkiyə və Azərbaycan sənətçiləri ilk dəfə “Krokus Siti Holl” səhnəsində çıxış edəcəklər
Bakı, 9 mart, AZƏRTAC
Martın 15-də Türkiyə və Azərbaycan artistləri Moskvanın "Krokus Siti Holl" səhnəsində ilk dəfə çıxış edəcəklər.
AZƏRTAC "Krokus Siti Holl"un saytına istinadla xəbər verir ki, "Türkiyə-Azərbaycan gecəsi" adlı konsertdə çıxış edəcək 15 musiqiçi arasında Yaşar Yusub, Parlak Banu, Adil Karaca, Samira Əfəndi, Çingiz Mustafayev, Vasif Əzimov, Pərviz Bülbülə, Damla, Yusuf Güney, İlyas Yalçıntaş, Türkan Vəlizadə, İsmayıl YK və dijey Roşka çoxminli auditoriya üçün ən yaxşı hitlərini ifa edəcəklər.
İki ölkənin ən yaxşı musiqiçiləri şux mahnıları, rəqs nömrələri, baraban şousu, duetləri, eləcə də müasir Azərbaycan və türk estradası ilə tamaşaçıları tanış edəcəklər.
Konsertə biletləri "Krokus Siti Holl"un kassalarından və www.crocus-hall.ru internet səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]