TÜRKİYƏ VƏ İRAN QOŞUNLARININ BÖLMƏLƏRİ İRAQDA BİRGƏ ƏMƏLİYYAT APARIR
Türkiyə və İran qoşunları bölmələri Kürd İşçi Partiyası yaraqlılarının böyük bir qrupunu təqib etmək məqsədi ilə birgə əməliyyat aparırlar. “Milliyyət” qəzetinin məlumatına görə, şimali İraqda gizlənən yaraqlılar İraq-İran sərhədini xəlvəti keçərək, qonşu ölkənin sərhəd məntəqəsinə basqın etmişlər. Nəticədə, 8 hərbçi həlak olmuşdur. Buna cavab olaraq, İran qoşunları yaraqlıları üç ölkənin – İraq, İran və Türkiyənin qovuşuğunda yerləşən dağlıq bölgədə yaxalamaq üçün geniş əməliyyata başlamışlar. İTAR-TASS xəbər verir ki, Türkiyə komandosları İran qoşunlarına yaxından kömək göstərirlər. Onlar kürd yaraqlılarının Türkiyəyə soxula biləcəyi yolu kəsmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]