TÜRKİYƏDƏ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ TİKİNTİSİNİN GEDİŞİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, o, İstanbulda neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin baş podratçısı olan “BOTAS” şirkətinin, habelə Ceyhan limanında terminalı inşa edən “Tekfen” şirkətinin rəhbərliyi ilə danışıqlar aparacaqdır. Ankaraya səfər zamanı Türkiyə Energetika və Təbii Qaynaqlar Nazirliyində neft kəmərinin Türkiyəyə aid hissəsinin gələn ilin sonunadək istifadəyə verilməsinin təmin edilməsinə dair təşkilat tədbirlərinin hazırlanması ilə bağlı görüşlər keçiriləcəkdir.
Oktyabrın 22-23-də Natiq Əliyevin sədrliyi ilə “BTC Ko” şirkəti direktorlar şurasının iclası olacaqdır. İclasda Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin texniki, kommersiya və maliyyə məsələləri müzakirə ediləcəkdir.
Direktorlar şurasının üzvləri və xarici şirkətlərin nümayəndələri mühüm obyektlərin tikintisinin gedişi ilə yerindəcə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]