MƏDƏNİYYƏT
Türkiyədə “Çingiz Aytmatov dünyası Ankarada” adlı rəsm sərgisi açılıb
Ankara, 2 fevral, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada böyük qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyi münasibətilə rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Çingiz Aytmatov dünyası Ankarada” adı ilə təqdim olunan sərgidə 20 məşhur qırğız rəssamın 46 əsəri nümayiş olunur. Açılış mərasimində rəsmi şəxslər, elm və mədəniyyət adamları, türk dünyasını təmsil edən tanınmış simalar, Aytmatovsevərlər iştirak ediblər.
Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu, Çingiz Aytmatovun oğlu Askar Aytmatov və digərləri dünya şöhrətli yazıçının ədəbi yaradıcılığını türk dünyasının ədəbi xəzinəsində tükənməz sərvət kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, Çingiz Aytmatovun əsərləri bundan sonra da ədəbiyyatsevərlər tərəfindən həvəslə oxunacaq və əziz xatirəsinə ehtiram göstəriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]