Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanılıblar
İstanbul, 12 iyun, AZƏRTAC
İstanbul Baş Prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.
AZƏRTAC xəbər verir ki, İstanbul başda olmaqla səkkiz şəhərdə keçirilən əməliyyatlar nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 40 nəfərdən 28-i saxlanılıb. Onların təşkilatın kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən olunub.
Digər şübhəli şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]