TÜRKİYƏDƏ İSLAM, DEMOKRATİYA VƏ DÜNYƏVİLİK YANAŞI YAŞAYA BİLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əli Babacan İslam, demokratiya və dünyəviliyin yanaşı yaşamasının hökumətin siyasətinin əsas prinsipi olduğunu söyləmişdir.
Əli Babacan ABŞ-ın Milli İctimai Televiziyasına müsahibəsində onu da əlavə etmişdir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) qurduğu hökumət Türkiyədə əsl demokratik sistemi dəstəkləyir. Eyni zamanda, dinin dövlətdən ayrı olduğu dünyəvilik prinsipinə də böyük əhəmiyyət verilir.
AKP-nin bağlanması məsələsinə gəldikdə isə, Əli Babacan bu qərarın Konstitusiya Məhkəməsinin səlahiyyətində olduğunu, təmsil etdiyi siyasi partiyanın Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsiplərini pozmadığını demişdir.
Türkiyənin xarici işlər naziri PKK terror təşkilatı ilə mübarizə məsələsinə də toxunmuşdur. Bildirmişdir ki, Türkiyə və ABŞ bu mübarizədə sıx əməkdaşlıq edirlər. Son aylar keçirilmiş hərbi əməliyyatlar terrorçuların darmadağın edilməsinə səbəb olmuşdur. Türkiyənin terrorla mübarizəsi İranla da geniş əməkdaşlıq şəraitində aparılır. Rəsmi Ankara İsrail və Suriya arasında vasitəçilik missiyasını da davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]