Türkiyədə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər davam edir
Ankara, 25 fevral (AZƏRTAC). Türkiyənin müxtəlif şəhərlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər davam edir.
Eskişehri Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə Anadolu Universiteti Tələbə Mərkəzində əvvəlcə fotosərgi, daha sonra isə “Xocalıda nələr yaşandı?” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, Anadolu Universitetinin tarixçi-alimləri iştirak etmişlər.
Şəhərin Hamamyolu prospektindəki Saatlı meydanında fotosərgi və “Xocalıya ədalət!” şüarı ilə yürüş də təşkil edilmişdir.
Burada mətbuat üçün açıqlama verən dərnəyin sədri Cavid Aydın Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlərdə iştirak və dəstəkləri üçün yerli qeyri-hökumət təşkilatlarına, Eskişehir sakinlərinə təşəkkür etmişdir.
Xocalı soyqırımının ildönümü ilə bağlı Bursanın İnegöl rayonunda da anma mərasimi keçirilmişdir.
Mərasimdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı və Xocalı qətliamı haqqında ətraflı məlumat vermişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]