TÜRKİYƏDƏ YAĞIŞIN GƏTİRDİYİ FƏLAKƏT
Son üç gündə aramsız yağan yağış Türkiyənin şimali-şərqində böyük fəlakətə səbəb olmuşdur. Yozqat, Çorum, Kayseri, Samsun, Rizə vilayətlərində bir həftə içində 28 adam həlak olmuş, 20 nəfər itkin düşmüş, onlarca vətəndaş yaralanmışdır. İyulun 24-də, təkcə bir gündə Rizə vilayətinin Çayeli və Güneysu rayonlarında 13 nəfər həlak olmuşdur. Rizə valisi Bülənd Karaçölün dediyinə görə, vilayətin 95 kəndi ilə əlaqə yaratmaq mümkün deyildir. Kəndlərə gedən bütün yollar dağılıb, su altında qalmışdır. Bölgənin telefon rabitəsi sıradan çıxmışdır. İçməli su qıtlığı var.ı Elektrik enerjisi və qaz təchizatı kəsilmişdir. Rizə vilayətindəki beş çay emalı fabrikində iş dayanmışdır. Yolların dağılması bölgəyə lazımi texnikanın və yardımın çatdırılmasını ləngidir.
Təbii fəlakətlə əlaqədar Türkiyənin daxili işlər naziri Rüşdü Kazım Yücələnin rəhbərliyi altında dövlət komissiyası yaradılmışdır. Türkiyə baş nazirinin müavini, dövlət naziri Məsud Yılmaz fəlakət bölgəsinə gedərək, vəziyyətlə və bərpa işləri ilə tanış olmuşdur. Dövlət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün xüsusi vəsait ayırmışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]