Türkiyəli nazir: “Made in Türkiye” brendi keyfiyyətin sinonimidir
Ankara, 20 may, AZƏRTAC
Türkiyə bu ilin sonuna qədər ÜDM artımını 3-3,5 faizə çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı İstanbulda ixracatçılar qarşısında çıxışı zamanı Türkiyənin ticarət naziri Ömer Bolat verib.
O qeyd edib ki, Türkiyə iqtisadiyyatı həm regionda, həm də qlobal miqyasda böhran və çağırışlara baxmayaraq, davamlı şəkildə böyüməyə davam edir.
Nazirin sözlərinə görə, ixrac daxili iqtisadiyyatın hərəkətverici qüvvəsi olaraq qalır və onun inkişafı dövlət tərəfindən hərtərəfli dəstəklənir. “Sevindirici haldır ki, türk ixracatçıları bu gün dünyanın hər yerində fəaliyyət göstərir və “Made in Türkiye” brendi keyfiyyətin sinonimidir”, -deyə Ö.Bolat vurğulayıb.
Türkiyəli nazir tekstil sənayesinin uğurlarına diqqət çəkərək, Türkiyənin tekstil məmulatları, o cümlədən hazır geyim istehsalına görə Avropada üçüncü, dünyada isə yeddinci yerdə olduğunu diqqətə çatdırıb. O əlavə edib: “Ölkəmiz 32,1 milyard dollarlıq tekstil məhsulları ixrac edir. Bu sektor bizim üçün xüsusilə dəyərlidir, çünki Türkiyənin sənaye inkişafının əsasını təşkil edən sahəyə çevrilib”.
Ticarət Nazirliyinin rəhbəri hökumətin inflyasiyanın səviyyəsini azaltmaq səylərinə də münasibət bildirib. O qeyd edib: “Məqsədimiz ilin sonuna qədər onun səviyyəsini 20 faizə endirməkdir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]