Türkiyənin və Moldovanın Xarici İşlər nazirlikləri arasında yeni fəaliyyət planı imzalanacaq
Kişineu, 17 noyabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun dəvəti ilə noyabrın 18-də Kişineuya səfər edəcək.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri səfər çərçivəsində həmkarı Niku Popesku ilə yanaşı, Moldova Prezidenti Maya Sandu, Baş nazir Nataliya Qavrilitsa və parlamentin spikeri İqor Qrosu ilə görüşəcək.
Həmçinin Türkiyə rəsmisinin səfəri münasibətilə iki dövlətin Xarici İşlər nazirlikləri arasında 2022-2023-cü illər üçün məsləhətləşmələr planı imzalanacaq.
Müzakirələr zamanı Moldova-Türkiyə strateji tərəfdaşlığının xüsusilə ticarət, iqtisadiyyat və investisiyalar baxımından möhkəmləndirilməsi yolları nəzərdən keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]