Türkiyəyə daimi yaşamağa gələnlərin sayı artıb
İstanbul, 23 iyul, AZƏRTAC
Ötən il Türkiyəyə daimi yaşamağa gələnlərin sayı əvvəlki ilə nisbətən 23,8 faiz artaraq 577 min 457 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Statistika Qurumunun açıqladığı məlumatda deyilir. Bildirilir ki, keçən il ölkəyə gələnlərin 110 min 567-si Türkiyə vətəndaşı, 466 min 890-nı isə xaricilərdir. Xaricilər arasında isə 23,6 faizlə İraq vətəndaşları üstünlük təşkil edir. Ölkəyə köçənlərin əksəriyyəti yaşamaq üçün İstanbulu seçib.
Siyahıya əsasən, hesabat ilində Türkiyədən köçənlərin sayı isə 323 min 918 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 27,7 faiz çoxdur. Bu sıralamada da yenə İraq vətəndaşları 20,6 faizlə çoxluq təşkil edib. Türkiyədən köçən Azərbaycan vətəndaşları isə 7,4 faizlə ikinci yerdə qərarlaşıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]