Türkmənistan Xarici İşlər Nazirliyində beynəlxalq tədbirlərə dair brifinq keçirilib
Aşqabad, 17 noyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə türk dünyası üçün tarixi qərarlar qəbul edildi. Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi üzv qəbul olundu.
Bununla bağlı Türkmənistanın türk dövlətlərinin təşkilata müşahidəçi kimi üzv olmasının yekunlarına dair ölkənin Xarici İşlər Nazirliyində brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat brifinqində Türkmənistanda akkreditə olunmuş yerli kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edirdilər.
Azərbaycan, Avstriya, Əfqanıstan, Belçika, Böyük Britaniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Qazaxıstan, Qırğızıstan, Malayziya, Pakistan, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynadan olan KİV nümayəndələri də videokonfrans vasitəsilə brifinqdə iştirak ediblər.
Türkmənistan xarici işlər naziri müavini Vepa Hacıyev ölkənin beynəlxalq əməkdaşlığının hərtərəfli fəallaşdırılması baxımından bu görüşün mühüm rol oynadığını xüsusi vurğulayıb.
Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının (Türk Şurasının) dövlət başçılarının 8-ci Zirvə Toplantısından irəli gələn əsas vektorları işıqlandıran V.Hacıyev Türkmənistanın TDƏŞ-ə müşahidəçi kimi daxil olmasının xüsusi əhəmiyyətini vurğulayıb.
Bu brifinq türkdilli ictimaiyyəti özündə birləşdirən mühüm regional qurumun - Türk Şurasının əsas iş istiqamətlərini nəzərdən keçirməyə imkan verib.
Brifinqin ikinci hissəsində iştirakçılar İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının bu il noyabrın 28-də Aşqabadda keçiriləcək 15-ci Zirvə Görüşünə hazırlıq işləri haqda məlumat verilib.
Məlum olduğu kimi Türkmənistan bu il İƏT-ə sədrlik edən və təşkilata üzv olan dövlət başçılarının Zirvə Görüşünü qəbul edən ölkə kimi ən yüksək səviyyədə hazırlıq işləri aparır.
Əsas tədbirlər çərçivəsində xarici işlər nazirləri Şurasının iclası, həmçinin İƏT-ə üzv ölkələrin biznes forumu keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad