TÜRKPA-nın Baş katibi Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Qazaxıstanın paytaxtı Astana şəhərində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, Yermek Koşerbayev Ramil Həsəni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Baş katib səfir Ramil Həsən səmimi qəbula görə minnətdarlığını bildirib və Assambleyanın gələcək inkişafı ilə bağlı təkliflərini təqdim edərək, TÜRKPA-nın gələcək fəaliyyəti barədə məlumat verib.
Görüşdə Assambleya çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatının cari ilin oktyabrın 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşünün yekunları müzakirə edilib.
Yermek Koşerbayev Qəbələ Zirvə Görüşünün nəticələrinin TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib. O, dəstəyini ifadə edərkən Qazaxıstanın türk əməkdaşlığının parlament ölçüsünün gücləndirilməsinə böyük əhəmiyyət verdiyini də vurğulayıb.
Baş katib səfir Ramil Həsəni Baş katibin müavinləri Talqat Aduov, Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]