Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turqut Xəlilbəyli həyatı bahasına olsa da, həkim peşəsinə sədaqət andını pozmadı

Turqut Xəlilbəyli həyatı bahasına olsa da, həkim peşəsinə sədaqət andını pozmadı

Bakı, 7 noyabr, AZƏRTAC

Turqut şəhid olandan sonra qohum-əqrəbadan, dost-tanışlardan mənə irad tutanlar oldu ki, “sən niyə ona ön cəbhəyə getməyə imkan verdin. Əgər onu danlasaydın, mane olsaydın, korpus komandirinə ərizə yazmağına imkan verməsəydin, arxa cəbhədə qalar, xidmət edər, şəhid olmazdı”. Mən onların bu fikirlərini təəccüblə qarşıladım. Mənə məsləhət verənlərə “Turqut nə qəbahətli iş görmüşdü ki, onu danlayam, mane olaydım?” dedim. Torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək, Vətənin müdafiəsinə qalxmaq nə vaxtdan qəbahət hesab olunub ki, onu bu yoldan çəkindirəydim... İşğal olunmuş torpaqları heç kim ovcunun içərisində gətirib bizə verəsi deyildi. Vətən tək mənim, Turqutun Vətəni deyil, hamımızın Vətənidir. Müharibə isə şəhidsiz olmur. Turqutun tutduğu və getdiyi yol müqəddəs və fəxr olunmalı bir yoldur. Bu yolun sonu oğlum üçün şəhidlik zirvəsinə ucalmaqla nəticələndi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsində yaralıların həyatını xilas edərkən döyüş meydanında şəhid olmuş ilk hərbi həkim, leytenant Turqut Xəlilbəylinin atası Nadir Hüseynov deyib. Onu həyəcansız, sakit dinləmək mümkün deyil. Sözlərindən, danışığından Vətənə olan sonsuz sevgini aşkar hiss edirsən. Dərhal da fikirləşirsən ki, Vətənə bu hisslərlə, bu sevgi ilə yanaşan bir kişinin oğlu da onun kimi olmalı idi və oldu...

Şəhid atası titrək səslə söhbətinə davam edir: “Turqut uşaqlıqdan çox mehriban, ünsiyyətcil idi. Onu tanıyanlar, münasibətdə olanlar xətrini çox istəyirdilər. Hələ uşaq vaxtından hərbçi olmaq könlündən keçirdi. Anası isə onu həkim görmək istəyirdi. Anasının xətrinə də dəymək istəmirdi. Buna görə ixtisas seçməkdə çətinlik çəkirdi. Nə etsin ki, anasının da xətri xoş olsun. Çingiz adlı bir yaxın qohumumuz var. O da hərbi həkim idi. Turqutun hərbçi olmaq arzusunu bilincə, məsləhət gördü ki, hərbi həkim olsun. Həm öz arzusunu, həm də anasının arzusunu həyata keçirsin. Turqut bu məsləhəti böyük həvəslə qəbul etdi. Şərur Türk Liseyini bitirən kimi, 2010-cu ildə imtahan verərək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil oldu. Beyləqandakı hərbi hissələrin birində tibb məntəqəsinin rəisi idi. Müharibə başlayan ilk gündən komandirindən xahiş edib ki, onu ön cəbhəyə göndərsin. Amma komandiri razı olmayıb. Deyib ki, sən arxa cəbhədə - hospitalda bizə lazımsan. Turqut isə komandiri ilə razılaşmayıb. Deyib ki, arxa cəbhə üçün kifayət qədər həkimlərimiz var. Mən elə ön cəbhədə lazımam, Vətənimizin belə ağır günündə arxa cəbhədə qala bilmərəm. Korpus komandirinə ərizə yazandan sonra ona ön cəbhədə xidmət etməyə icazə verilib. Döyüş bölgəsindən xeyli yaralı çıxarıb, əsgərlərimizin həyatını xilas edib. Yaralılardan birini xilas etməyə çalışarkən görüb ki, onu yenidən vururlar, özünü yaralının üstünə ataraq onun həyatını xilas edib. Özü isə şəhid olub”.

Nadir Hüseynov deyib ki, Turqutun 40 mərasiminə sonuncu xilas etdiyi qazinin atası gəlibmiş: “Bildirdi ki, oğlu hospitalda müalicə alır. Sağalandan sonra yanınıza gəlmək, sizdən halallıq almaq istəyir. Mən buna qətiyyən razı olmadım. Dedim ki, oğlunun bizə gəlməyinə bir söz demirəm, amma halallıq almaq məqsədilə gəlirsə, gəlməsin. Çünki mənim oğlum sənin oğlun üçün yox, Vətənimiz, millətimiz, xalqımız naminə şəhid olub. Halallıq almaq istəyirsə, getsin Vətəndən alsın. Turqutun həyatlarını xilas etdiyi başqa yaralılar da bizə gəlmək, halallıq almaq istəyirdi. Mən onlara da eyni sözü dedim”.

Atasının sözlərinə görə, Turqutun ən böyük arzularından biri rezidenturanı oxuyub, yaxşı hərbi həkim olmaq idi: “İşi ilə bağlı heç nə danışmazdı. Müharibədə olduğunu da bizdən gizlətdi. Demədi, müharibədəyəm. O, heç vaxt nə bizi incitdi, nə də narahat etdi. Heç vaxt razı olmurdu ki, biz onunla bağlı nədəsə narahatlıq keçirək. Amma özümüzdən asılı olmadan onun hərbçi dostlarını görəndə, yadımıza düşür, yoxluğu ilə barışa bilmirik. Anası Almaz xanım daha çox narahatlıq keçirir. Bizə dostları gələndə, onların içərisində Turqutu axtarır. Boylanıb onlara tərəf baxır, elə bilir, oğlu da onların arasındadır. Amma dərk edəndə ki Turqutu bir daha görməyəcək, çox pis olur. Bunu bilən dostları, hiss edirəm ki, bizə gələndə ehtiyatla davranırlar”.

Turqutun həmişə məsləhətlərinə qulaq asdığı yaxın qohumu Çingiz Məmmədov da onunla bağlı xatirələrindən söhbət açır: “Mən ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıyam. Turqut Tibb Universitetində oxuyanda bizim evdə qalırdı. Onun hərbi həkim olmasının səbəbkarı mən olmuşam. Həmişə mənə baxıb deyirdi ki, Çingiz əmi, mən sizin davamçınız olacağam. Atası da, özü də üçrəngli bayrağımızı çox sevirdi. Biz oktyabrın 4-ü cəbhə bölgəsinə yardım aparmışdıq. Atası Nadir də bizimlə getmişdi. Onun cəbhə bölgəsinə keçməsi üçün sürücü kimi icazə almışdım. Orada Turqutla görüşdük. Axırıncı görüşümüz elə o oldu. Getdiyimiz avtomobilin üzərinə Azərbaycanla Türkiyənin bayraqlarını bərkitmişdik. Komandir yaxınlaşıb dedi ki, ermənilər uzaqdan bayrağı görüb, avtomobili vura bilər. Xahiş etdi ki, bayraqları açaq. Turqut cəld bayraqları çıxardı və avtomobilə qoydu. Hərbi hissədən uzaqlaşandan sonra bayraqları yenidən avtomobilə bağladıq. Bakıya çatanda Turqutun atası bayraqları götürüb evlərinə apardı. Qismət elə gətirdi ki, Turqut şəhid olandan sonra cənazəsi əlləri ilə açdığı, özünün toxunduğu bayrağımıza büküldü. Bu gün həmin bayraqlar onların evində divardan asılıb. Bu ailənin bayrağımıza çox böyük sevgisi var.

Turqut mənim övladlarımın biri idi. İki övladım da hazırda Tibb Universitetində təhsil alır. Mən Turqutu onlardan seçmirdim. Biz Turqutun şəhid olmasına heyfsilənmirik. Onunla fəxr edirik, həmişə edəcəyik də. O, Vətən yolunda, Bayraq yolunda şəhid oldu. Nə qədər çətin olsa da, bir o qədər şərəflidir ki, biz bu gün Turqut haqqında danışırıq.

Komandiri ilə söhbətimiz zamanı dedi ki, müharibə başlayanda Turqutu hərbi hissədə 3 gün ancaq saxlaya bildim. Ön cəbhəyə getdi və onlarla yaralının həyatını xilas etdi. Turqut Cəbrayılda, “Dostluq bulağı” adlanan yerdə şəhid olub. Döyüş meydanından xeyli yaralı çıxarıb. Uzaq məsafədə bir yaralı görüb. Qızğın döyüşlər gedirmiş. Ona həmin əraziyə girməməyi məsləhət görsələr də, qulaq asmayıb. Yaralının düşmən hədəfində olduğunu görüb, özünü üzərinə atıb. Onun həyatını xilas edib, özü isə şəhid olub.

Hazırda ailəsinin yaşadığı küçə Turqutun adını daşıyır. Hərbi tibb fakültəsinin kitabxanasına adı verilib, xatirəsinə bulaq inşa edilib, park salınıb”.

Qardaşı Xəlil Xəlilbəyli onun haqqında danışarkən ilk sözü “Turqut yaxşı qardaş idi”, - olur: “Onunla 6-cı sinfə kimi bir yerdə olmuşuq, bir yerdə oynamışıq. Altıncı sinifdə isə Şərur Türk Liseyinə qəbul oldu. İstər orta məktəbdə, istərsə də liseydə əla qiymətlərlə oxuyurdu. Nizam-intizamlı idi. Liseydə oxuduğu vaxtlar isə onunla yalnız həftəsonları görüşürdük və gec görüşdüyümüz üçün darıxırdım. Hərbi tibb fakültəsinə qəbul olanda da Bakıya gəldi. Yenə də ailəmizdən, məndən uzaq düşdü, darıxdım. Sonra biz Naxçıvandan Bakıya köçdük. Yenə bir yerdə olmadıq. Tale elə gətirdi, onu Bakıdan uzağa, Beyləqana xidmətə göndərdilər. Az-az görüşürdük. O, Bakıdakı evimizdə qonaq kimi, cəmi iki gün olub. Sanki Tanrı onu bizdən uzaqlaşdırmaqla, yoxluğuna öyrəşdirirmiş...

Tibbə aid kitablar, bədii əsərlər oxuyar, idmanla məşğul olmağı sevərdi. Evlənməsi ilə bağlı söhbət düşəndə, zarafata salar, qız tapmağı anamın boynuna atardı. Şəhid olduğunu oktyabrın 7-si axşam bilmişəm. O zaman hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm...”.

Qeyd edək ki, tibb xidməti leytenantı Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Qorxmazlığı və cəldliyinə görə döyüş yoldaşlarının “əfsanəvi həkim” adlandırdığı Turqutun məzarı Bakıda, II Şəhidlər xiyabanındadır. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Xidmət etdiyi hərbi hissədə şəhid polkovnik Şükür Həmidov, əsgər Elnur Vəliyevlə birgə Turqut Xəlilbəylinin də xatirəsi əbədiləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb