UCARDA ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI TİKİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, şəhərin Nərimanov küçəsində tikintisi yarımçıq qalmış binanın bazasında dördmərtəbəli yaşayış binasının inşası başa çatdırılmışdır. 32 mənzilli bina dövlət vəsaiti hesabına tikilmişdir. İnşaat işləri “Azəraqrartikinti” ASC-nin 1 nömrəli aqrartikinti filialı tərəfindən görülmüşdür.
Yeni bina şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuşdur.