Üç ölkənin baş prokuroru bu gün Bakıya səfərə gələcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
AZƏRTAC Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız respublikalarının baş prokurorları, Qazaxıstan baş prokurorunun birinci müavini, Türk Şurası baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar oktyabrın 31-də Bakıya gələcəklər. Qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanacaqlar.
Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]