Üç sərbəst güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 12 mart, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin altıncı günündə - martın 12-də son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Təmsilçimiz Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. C.Hacıyev dörddəbir finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib ayrılıb - 4:3. Güləşçimiz yarımfinalda Türkiyə təmsilçisi İsmet Çiftçi ilə qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) startda bolqarıstanlı Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. A.Abakarov dörddəbir finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub - 6:0. Təmsilçimiz yarımfinalda türkiyəli Emre Çiftçiylə üz-üzə gələcək.
Milli komandamızın üzvü Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə Albaniya güləşçisi Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ancaq həmyerlimiz dörddəbir finalda gürcüstanlı Daviti Koquaşviliylə bacarmayıb - 2:13.
Mübarizəyə dörddəbir finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə münasibətləri aydınlaşdıracaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]