Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama
Bakı, 17 avqust, AZƏRTAC
Üçüncü ixtisas qrupu üzrə bəzi ixtisaslara qəbul zamanı əlavə müsabiqə şərtləri müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar. Həmçinin dövlət ali təhsil müəssisələrində (ADA Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyat üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsində iştirak üçün də qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər tələb olunur.
Bundan başqa, “Muzey, arxiv işi və abidələrin qorunması”, “Sosial iş” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə müsabiqəyə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [14:27]
Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar
- 17.08.2026 [14:11]
“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub
- 17.08.2026 [13:56]
Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar
- 17.08.2026 [13:06]
Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır
- 17.08.2026 [12:39]
Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır
- 17.08.2026 [11:44]
Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb
- 17.08.2026 [11:05]
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub
- 17.08.2026 [10:59]