UEFA Avropa Liqası: "Şkupi" ilə matçda "Neftçi" hesabı açıb
Bakı, 27 avqust, Elvin Mövsümov, İlqar Cəfərov, AZƏRTAC
UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Neftçi” (Bakı) - "Şkupi" (Şimali Makedoniya) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da keçirilən matçın 66-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Sabir Buqrin rəqib qapısına yol tapıb -1:0.
Görüşü Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirir.
Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanır.