UEFA azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib
Bakı, 31 mart, AZƏRTAC
UEFA koronavirus pandemiyası dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul olunub.
Tamaşaçıların futzal matçlarına gəlməsinə qoyulan qadağa da aradan qaldırılıb. Qərar bu ilin iyununda qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.
Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi. Amma əksər ölkələrdə ümumiyyətlə arenalara azarkeş buraxılmırdı və matçlar boş tribunalar qarşısında keçirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]