UEFA Çempionlar Liqası: “Qarabağ”-“Ferentsvaroş” oyunu başlayıb
Bakı, 9 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)-“Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alıb.
“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxıb.
Budapeştdəki “Groupama Arena”da oynanılan matçı ispaniyalı baş hakim Karlos del Serro Qrande idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)-“Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə əldə edib.
“Qarabağ”-“Ferentsvaroş” cütünün uduzan komandası isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya)-“Şkupi” (Şimali Makedoniya) qarşılaşmasının məğlub olan klubu ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]