UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ferentsvaroş” komandalarının start heyətləri müəyyənləşib
Bakı, 9 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Macarıstanda qarşılaşacaq Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandalarının start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Ağdam komandasının start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alacaqlar.
“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxacaqlar.
Qeyd edək ki, bu gün Budapeştdəki “Groupama Arena”da oynanılacaq səfər görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyunda baş hakim funksiyasını FIFA referesi Karlos del Serro Qrande yerinə yetirəcək. Ona yan xətt hakimləri Xose Naranxo, Qonsalo Qarsia Qonsales kömək edəcəklər. Dördüncü hakim Migel Anxel Ortiz Arias, VAR hakimləri isə Xavyer Estrada Fernandes və İqnasio İqlesias Vilyanueva olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]