UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyunlar başa çatıb
Bakı, 19 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində ilk görüşlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk oyunlar çərçivəsində 5 qarşılaşma olub.
“Astana” komandası Qazaxıstanda Kiprin “APOEL” (Nikosiya) kollektivini qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər qarşılaşmasında İngiltərənin “Mançester Yunayted” komandası Belçikanın “Brügge” klubunu 3:1 hesabı ilə məğlub edib. Digər oyunlar isə “BATE” (Belarus) - “Partizan” (Belqrad, Serbiya) 1:0, “Latsio” (İtaliya) - “Bayer Leverkuzen” (Almaniya) 1:0, “Sportinq” (Portuqaliya) - MOİK (Moskva, Rusiya) 2:1 hesabı ilə başa çatıb.
Pley-off mərhələsinin digər beş görüşü isə bu gün oynanılacaq.