UEFA Konfrans Liqası: “Marsel” klubu “Bazel”i qəbul edəcək
Bakı, 10 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 10-da UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, bütün oyunlar eyni gündə keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:45-də və 00:00-da başlayacaq.
Gecənin böyük maraq doğuran qarşılaşmalarından biri Fransada baş tutacaq. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” klubu “köhlən atlar”la eyni qrupda yer almış İsveçrənin “Bazel” komandasını qəbul edəcək.
Bundan başqa, turnirin favoritlərindən hesab edilən “Roma” komandası Niderlandda “Vitess”in qonağı olacaq. İngiltərənin “Lester Siti” klubu isə evdə Fransanın “Renn” kollektivini sınağa çəkəcək.
Günün bütün görüşləri aşağıdakılardır:
PAOK (Yunanıstan) - “Gent” (Belçika);
“Slaviya Praqa” (Çexiya) - LASK (Avstriya);
“Vitess” (Niderland) - “Roma” (İtaliya);
“Partizan” (Serbiya) - “Feyenoord” (Niderland);
“Marsel” (Fransa) - “Bazel” (İsveçrə);
“Lester Siti” (İngiltərə) - “Renn” (Fransa);
PSV (Niderland) - “Kopenhagen” (Danimarka);
“Budyo-Qlimt” (Norveç) - “AZ Alkmar” (Niderland).
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]