UEFA Millətlər Liqasında pley-off oyunları başlayır
Bakı, 26 mart, AZƏRTAC
Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son 2 iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçları martın 31-də olacaq. Bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının 2-ci, məğlubu D Liqasının 1-ci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C Liqasının 4-cü, məğlubu isə D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [19:24]
Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam
- 31.10.2026 [19:04]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib
- 31.10.2026 [15:19]
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq
- 31.10.2026 [13:05]
Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək
- 31.10.2026 [12:37]