UEFA tərəfdaşlarının ölkəmizə ikinci işgüzar səfəri olub
Bakı, 28 mart, AZƏRTAC
Mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri başlayıb. Bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri Bakı Olimpiya Stadionuna, həmçinin final oyunu ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara baş çəkəcəklər.
UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri martın 28-də yekunlaşacaq.