ELM VƏ TƏHSİL
UFAZ-da “Planet canlı varlıqdırmı?” mövzusunda müzakirələr aparılacaq
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) “Planet canlı varlıqdırmı?” mövzusunda tədbir keçiriləcək.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə yerli və xarici tədqiqatçılar tərəfindən “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar”, “Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti”, “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” və digər mövzularda interaktiv müzakirələr aparılacaq.
Tədbir tələbələr, müəllimlər, tədqiqatçılar, filosoflar və bu sahə ilə maraqlanan hər kəs üçün açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]