Ufuk Turganer: Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur
Bakı, 13 noyabr, AZƏRTAC
Türk dünyasının heç bir ölkəsi işğalla, əsarətlə barışmayıb. Azərbaycan da, Şimali Kipr də belə ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer müstəqilliyinin 40-cı ildönümü münasibətilə noyabrın 13-də keçirilən tədbirdə deyib.
Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrik edən diplomat ölkələrimiz arasında münasibətlərdən danışıb.
Şimali Kipr Türk Respublikasının tarixindən söz açan U.Turganer əhalinin müstəqil yaşadığını və gündən-günə inkişaf etdiyini bildirib, Türkiyənin dəstəyini hər zaman hiss etdiklərini qeyd edib.
U.Turgener, həmçinin Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın ötən ay Azərbaycana səfərini xatırladıb və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]