Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜGT nümayəndəsi Əfqanıstan və Pakistan gömrükçüləri üçün Bakıda təlimlərin keçirilməsini xahiş edib

Bakı, 1 mart, AZƏRTAC

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln Əfqanıstan və Pakistan gömrükçüləri üçün ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində sərhədlərin təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 1-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (NCİ) və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ının koordinatorlarının illik iclasında iştirak etmək üçün Azərbaycana gələn “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln, BMT NCİ-dən olan baş koordinatoru Ketil Ottersen, Cənubi Qafqaz və Qara Dəniz ölkələri üzrə regional koordinatoru Naida Chamilova ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında mövcud əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. 2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransa Azərbaycanın ev sahibliyi etdiyini məmnunluqla xatırladan komitə sədri bu mötəbər tədbirin əhəmiyyətindən danışıb, ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Azərbaycan Gömrük Xidmətinin son illər həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən DGK sədri Aydın Əliyev Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzin yerləşdiyini, bu mərkəzlərdə bir sıra ölkələrdən ekspertlərin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini, gələcəkdə də bu tədbirlərin davam etdirilməsinin vacib olduğunu söyləyib.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərini, dəfələrlə Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnunluqla qeyd edən Aydın Əliyev ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən danışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də ciddi uğurlar əldə olunub. Son illər həyata keçirilən mütərəqqi islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları dinamik şəkildə inkişaf edərək nəinki ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayan quruma çevrilib.

“Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın icrası çərçivəsində həyata keçirilən tədbirlərdən də söhbət açan komitə sədri bu istiqamətdə işlərin ürəkaçan olmadığını, konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması və bu sistemin tətbiqi üçün işçi qrupunun yaradılacağını bildirib və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini özündə ehtiva edən memorandumun imzalanmasının önəmini qeyd edib.

“Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ının koordinatorlarının illik iclasının keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə minnətdarlığını bildirib.

Norbert Steyln “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın icrası prosesində Azərbaycan gömrüyünə bundan sonra da tam dəstək göstərəcəklərini bildirib, eyni zamanda, Əfqanıstan və Pakistan gömrükçüləri üçün ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində sərhədlərin təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.

DGK sədri Aydın Əliyev Əfqanıstan və digər ölkələrin gömrük xidmətləri əməkdaşları üçün ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində bir neçə dəfə təlimlərin təşkil olunduğunu və bundan sonra da bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

“Euractiv”: Avropa dron İstehsalında Çindən asılı olaraq qalır

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

Prezident İlham Əliyevin siyasi xəttində iqtisadiyyat ən prioritet sahələrdəndir

Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı açıqlanıb

Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir

Tədqiqat: Həşəratların yox olması artıq qidalanma defisitinə səbəb olur

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək

İlham Bayramov: Dövlət Proqramında müasir suvarma texnologiyalarının tətbiqi prioritet istiqamət kimi müəyyən edilib

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb