“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə növbəti görüş keçirilib
Bakı, 20 may, AZƏRTAC
“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Xamis Seyranovla mentoru İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev arasında növbəti görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, mentorluq proqramı çərçivəsində Xamis Seyranov “Sənaye parklarında elektrik enerjisinin səmərəli istifadəsi və “AzərEnerji” ASC ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” layihəsinə cəlb edilib.
Qeyd edək ki, mentorluq proqramı çərçivəsində əhəmiyyətli effektiv nəticənin əldə olunması məqsədilə qalib şəxslə 1 il müddətində mütəmadi olaraq görüş və müzakirələr keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]