Azərbaycan Dövlət İnformasiya Agentliyi

UĞURLAR VƏ DOĞRULMUŞ ÜMİDLƏR İLİ

Bakı, 9 dekabr (AZƏRTAC). Azərbaycanda o qədər də zəngin ənənələrə malik olmayan bədii gimnastika son illərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının planauyğun fəaliyyəti sayəsində, heç şübhəsiz, idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilmişdir. Ölkəmizdə dünya və Avropa çempionatları keçirilmiş, idmançılarımız Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış etmişlər. Bakıda gimnastika kompleksinin təməlinin qoyulması, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın həmin mərasimdə iştirak etməsi faktı da bir daha təsdiq edir ki, ölkəmizdə gimnastikanın inkişafı üçün yaxşı perspektivlər vardır.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AZƏRTAC-ın müxbirinə müsahibəsində başa çatmaqda olan ildə qurumun fəaliyyətinin yekunları və gələcək planlar barədə məlumat vermiş, bir sıra başqa sualları cavablandırmışdır.

-Başa çatmaqda olan ilin gimnastika sahəsində yekunlarını uğurlu hesab edirəm. Son illərdə Azərbaycanda gimnastikanın necə inkişaf etdiyini siz də bilirsiniz. Təbii ki, həm dövlətimizin başçısı İlham Əliyevin, həm də bizim federasiyanın prezidenti Mehriban xanım Əliyevanın daimi qayğı və diqqətinə cavab olaraq biz lazımi səviyyədə işləməyə və yüksək nəticələr göstərməyə çalışırıq. Zənnimcə, idmançılarımız və məşqçilərimiz tədricən elə səviyyəyə yaxınlaşırlar ki, biz artıq Azərbaycanda gimnastikanın yüksəliş mərhələsində olduğunu söyləyə bilərik.

Bu ilin may ayında Azərbaycanın ən yeni tarixində ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda təşkil edilmişdir. Çempionatın nəticələri ürəkaçandır: idmançılar 2 gümüş medal qazanmışlar. Yeniyetmə qrupların yarışlarında və komanda birinciliyində də əvvəllər heç vaxt bu cür yüksək nəticələr göstərməmişdik. Bunun böyük uğur olduğunu beynəlxalq idman ictimaiyyəti də etiraf edir.

Qeyd etməliyəm ki, Aliyə Qarayeva və Anna Qurbanova ustalıq səviyyəsinə görə bu gün yalnız Rusiya idmançılarından geri qalırlar. Onlarla mübarizə aparmaq hələlik çox çətindir, çünki Rusiya idmanın bu növündə, necə deyərlər, ənənəvi olaraq lider mövqe tutur. Bizim gimnastların gümüş medallara layiq görülməsi və rusiyalılarla bəhsə-bəhs yarışması ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişafının göstəricisidir.

Yeniyetmə qrupumuzun qazandığı uğuru inqilabi nəticə adlandırsam, mübaliğə olmaz, çünki bizim qrup komandamız nisbətən yaxın vaxtlarda yaradılmışdır, qızlar isə bu il ilk dəfə birgə çıxış edirlər. Onların bu cür uğur qazanması ölkəmiz üçün, Azərbaycan idmanı üçün çox böyük nailiyyətdir.

Anna Qurbanovanın top ilə hərəkətlərdə çox gərgin rəqabət şəraitində bürünc medal qazanması faktını da xüsusi qeyd etmək istəyirəm. Məsələ burasındadır ki, Anya stabil komanda oyunçusudur və o qədər də yüksək nəticələr göstərməmişdir. Lakin onun Rusiya və Ukraynanın adlı-sanlı gimnastları ilə ciddi rəqabətdə üçüncü yeri tutması bu idmançının professional inkişafının göstəricisidir.

Avropa çempionatı başa çatandan sonra bizim Federasiyanın prezidenti Mehriban xanım Əliyeva idmançı qızlarımızı qəbul etmiş, Azərbaycanda gimnastikanın yüksək səviyyəyə çatmasını vurğulamışdır.

Gimnastlarımız Yaponiyada keçirilmiş sonuncu dünya çempionatında da yüksək nəticələr göstərmişlər. Top ilə hərəkətlərdə Aliyə Qarayeva vitse-çempion olmuş, komanda birinciliyində isə qızlarımız, iki il bundan əvvəl Yunanıstanda olduğu kimi, üçüncü yeri tutmuşlar. Göstərilən nəticələrin sabitliyi peşəkarlıq nümunəsidir. Bu, komandamızda möhkəm birliyin olmasına, qızlarımızın bir-birini dəstəkləməsinə dəlalət edir. Gündoğar ölkədə Patrasdakı uğurlu nəticəni təkrarlaya bilməyimiz də ölkəmizdə gimnastikanın sabit və dinamik inkişafına sübutdur. Qarayeva, Qurbanova və Zeynəb Cavadlı artıq iki dəfə dünya çempionatının bürünc mükafatçıları olmuş, Samirə Mustafayeva isə dünya birinciliyində medal qazanmağın sevincini ilk dəfə hiss etmişdir.

Qrup komandamız dünya birinciliyində dördüncü yeri tutmuşdur. Xatırlayırsınızsa, Pekin Olimpiadasında onlar 7-ci yerlə kifayətlənməli olmuşdular. Fikrimcə, bu irəliləyiş yığma komandanın baş məşqçisi Mariana Vasilevanın öz işinə məsuliyyətlə yanaşması sayəsində mümkün olmuşdur.

Akrobatikada çoxdan gözlədiyimiz nəticələrə nail olmuşuq. İdmanın bu növündə bəzi kadr dəyişiklikləri edilmiş, məşqçi heyəti təzələnmişdir. Qadınlardan ibarət cütlüyümüz (Ayla Əhmədova və Dilarə Sultanova) bütün yarış mövsümünü yüksək səviyyədə keçirmiş və Portuqaliyada keçirilən Avropa çempionatında layiqli qələbə qazanmışdır. Bu cütlük Tayvanda keçirilən Dünya Oyunlarında və Rusiyada təşkil edilmiş Dünya Kubokunda gümüş mükafatlara layiq görülmüşdür. Məşqçi İradə Qurbanovanın zəhmətini də qeyd etməliyəm. Qurbanova bu duetin uğur qazanması üçün əlindən gələni əsirgəməmişdir.

Gimnastikanın tamblinq növü ölkəmizdə o qədər də inkişaf etməmişdi, lakin bu sahədə də müəyyən tərəqqi müşahidə olunur. Tullanma hərəkətlərində ölkəmizi təmsil edən gənc Mixail Malkin Rusiyada keçirilən Dünya Birinciliyinin finalında 6-cı yeri tutmuş, təsnifat yarışlarında isə 27 iştirakçı arasında 5-ci nəticə göstərmişdir.

İdman gimnastları da öz ustalıqlarını artırırlar. Məlum olduğu kimi, Şakir Şıxəliyev artıq bir ilə yaxındır Almaniyada, tanınmış həmyerlimiz, Olimpiya çempionu Valeri Belenkinin yanında təcrübə keçir, gənc Elvin Ağadədəyev isə Minskdə məşq toplantısındadır.

Gələnilki planlarımız barədə onu deyə bilərəm ki, qarşıda bizi yenə Avropa və dünya çempionatları gözləyir. Avropa birinciliklərində gənclərin Sinqapurda keçiriləcək Olimpiadasına iştirakçılar seçiləcəkdir. Gələn ilin idman təqvimində çoxlu müxtəlif turnirlər nəzərdə tutulmuşdur. Bundan əlavə, 2010-cu ildə Federasiyanın hesabat-seçki konfransı keçiriləcəkdir.

-Altay müəllim, siz Olimpiya oyunları tarixində ilk dəfə Pekin Olimpiadasında iştirak etmiş Azərbaycanın yeniyetmə qrup komandasının 7-ci yeri tutmasını xatırlatdınız. Bu, ilk dəfə üçün pis nəticə deyil. Bakıda keçirilmiş sonuncu Avropa çempionatında yeniyetmə qızlarımızın gümüş medal qazanması gimnastikanın bu növündə istedadlı nəsil yetişməsinə dəlalət edir. Lakin gimnastlar böyük idmanla tez vidalaşırlar. Qrup komandası üçün və ümumiyyətlə, bədii gimnastika üçün kadrların seçilməsi və hazırlanması problemi necə həll edilir?

-Siz haqlısınız. Gimnast qızların idman həyatı qısa olur, onlar idmanı tez tərk edirlər. Bu gün Azərbaycanda gimnastların yaxşı yeni nəsli yetişir. “Spartak”, “Sərhədçi” cəmiyyətlərində yeni seksiyalar yaradılması sevindirici faktdır. Xırdalan şəhərində gimnastika seksiyası təşkil edilmişdir. Gəncədə və digər regionlarda yaradılmış seksiyalar uğurla fəaliyyət göstərir. Buna görə də deyə bilərəm ki, seleksiya aparmağa imkan var.

Qrup komandalarına gəldikdə isə, onların formalaşmasına və məşq prosesinə baş məşqçi Mariana Vasileva rəhbərlik edir. İndi o, iki komanda hazırlayır: yeniyetmələrdən ibarət təzə komanda və yaşlılardan ibarət komanda. Bu kollektivlərdən birincisində bütün gimnastlar təzədir. Onlar əvvəllər fərdi qaydada çıxış edirdilər, indi isə Avropa çempionatına hazırlaşırlar, gənclər arasında keçiriləcək Olimpiadada iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar. Yaşlılardan ibarət komandanın heyətində dəyişikliklər olmuşdur: Vəfa Hüseynova və Valeriya Yeqay böyük idmanı tərk etmişlər, onları yeniyetmə qruplarında çıxış təcrübəsinə malik olan qızlar əvəz etmişdir.

-Bəs idman gimnastikasında vəziyyət necədir? Məlumdur ki, Olimpiya Oyunlarında idmanın bu növündə xeyli medal uğrunda mübarizə gedir. Bizim idman gimnastlarının London Olimpiadasında iştirak edəcəyinə ümid varmı?

-Qeyd etdiyim kimi, Şakir Şıxəliyevə böyük ümid bəsləyirik. Hazırda o, Almaniyada məşq edir. Məşqçilər onu bu il Avropa və dünya çempionatlarında sınamışlar. O, öz nəticələrini yaxşılaşdırır. Ümid edirəm ki, Şakir Olimpiadaya lisenziya qazanacaqdır.

Digər idmançımız Elvin Ağadədəyev bu mövsümdə ikinci dəfədir ki, Minskdə məşq toplantısında iştirak edir, belaruslu mütəxəssisin rəhbərliyi ilə gənclər arasında Olimpiadada iştirak etmək hüququ qazanmaq üçün Avropa çempionatına səylə hazırlaşır.

Biz gimnastika seksiyalarına daha çox uşaq və məşqçi cəlb etmək istəyirik. İlk növbədə möhkəm maddi baza lazımdır. Bu il Gimnastika Kompleksinin təməli qoyulmuşdur. Kompleks istifadəyə veriləndən sonra gimnastika ilə məşğul olmaq üçün hər cür şərait yaradılacaqdır.

-Hazırda gimnastika üzrə respublika yarışlarının əksəriyyətində, o cümlədən Azərbaycan paytaxtının açıq birinciliklərində regionlardan olan gimnast qızlar da iştirak edir. Bu cür turnirlərin paytaxtdan kənarda təşkil edilməsi nəzərdə tutulurmu?

-İş burasındadır ki, idman zallarının heç də hamısı gimnastika üçün qəbul edilmiş normalara uyğun gəlmir. Məsələn, Dəvəçidə və Gəncədə gimnastika və akrobatika ilə məşğul olmağa şərait var. Biz Gəncə və Quba idman komplekslərində məşq toplantıları və yarışlar keçirməyi planlaşdırırıq. Bu sahədə təcrübəmiz də var. Axırıncı dəfə - 2008-ci ilin Olimpiya Oyunları ərəfəsində məşqçilər Masallıdakı Olimpiya Kompleksini seçmişdilər. Qrup komandasının gimnastları Olimpiya yarışları ərəfəsində həmin kompleksdə məşq etmiş və yerli tamaşaçılar qarşısında çıxış etmişdilər.

Bir sözlə, bu istiqamətdə işləyirik və gimnastikanı Azərbaycanın bütün guşələrində populyarlaşdıracağıq.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb