UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEONİD KUÇMAYA
Hörmətli Leonid Daniloviç,
Sizi və dost Ukrayna xalqını milli bayram- Ukraynanın müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qardaş Ukraynanın suveren, demokratik, hüquqi dövlət quruculuğu və onun möhkəmləndirilməsi, dünya birliyinə ardıcıl inteqrasiyası sahəsində qazandığı uğurlara ürəkdən şadam.
Azərbaycan və Ukrayna xalqlarını sıx dostluq və qarşılıqlı anlaşma telləri bağlayır.
Əminəm ki, Azərbaycan və Ukraynanın strateji tərəfdaşlıqı, ölkələrimizin fövqəlmilli layihələrdə, beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı bölgədə sülh və sabitlik, xalqlarımızin tərəqqisi naminə möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xöşbəxtlik, dövlət fəaliyyətinizdə uğurlar, qardaş Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 14 avqust 2001-ci il