Ukrayna torpağı Eldar və Nigarın qələbə yolunda özünəməxsus tramplin olmuşdur
Bakı, 16 may (AZƏRTAC). Ukrayna torpağı Eldar və Nigarın qələbə yolunda özünəməxsus tramplin olmuşdur. Çünki onların klipi Ukraynada çəkilmiş və Düsseldorfa Kiyevdən yola düşmüşlər.
AZƏRTAC xəbər verir ki, Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov Eldar Qasımov və Nigar Camal duetinin “Eurovision-2011” müsabiqəsində qazandığı qələbəni belə şərh etmişdir.
O demişdir: “Bundan əlavə, biz “Eurovision-2004” müsabiqəsinin qalibi Ukraynanın populyar müğənnisi Ruslananın Azərbaycan təmsilçiləri ilə bağlı uzaqgörənliklə dediyi sözləri xatırlayırıq: “Eurovision”da “partlayış” etmək üçün onların böyük potensialı vardır...” Onlar həqiqətən bu müsabiqədə “partlayış” etmişlər. Ukrayna bu duetə ən yüksək bal verən ölkələr sırasındadır”.
Rəhim Hümbətov daha sonra demişdir: “Krım torpağı haqqında söz deməmək mümkün deyildir. Axı Nigar və Eldarın gözəl klipi məhz burada çəkilmişdir. Klipdə Yaltanın, Alupkin və Krımın digər gözəl mənzərələrini görürük.
Bundan belə Azərbaycan iştirakçılarının bütün klipləri mütləq Krımda çəkilməlidir”.
Rəhim Hümbətov demişdir: “Bu yaxınlarda dueti Krımla bağlayan daha bir maraqlı fakt aşkar edilmişdir. Demə Eldarın nənəsinin qardaşı Cəlil Nəcəbov Yaltanı alman faşistlərindən azad edən alayın komandiri olmuşdur. Cəlil Nəcəbova Ukraynanın “cənub paytaxtı” sayılan Yaltanın Fəxri vətəndaşı adı verilmişdir.
Yeri gəlmişkən, Krımdakı Azərbaycan icmasının təşəbbüsü ilə Yalta Şəhər İcraiyyə Komitəsi şəhərin xiyabanlarından birinə Cəlil Nəcəbovun adının verilməsi barədə qərar qəbul etmişdir. Həmin xiyabanda şəhəri azad edən qəhrəmanın - Avropada ən mötəbər musiqi festivalı qalibinin qohumunun şərəfinə abidə ucaldılacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]