Ukraynada baş vermiş avtomobil qəzasında 3 belaruslu ölüb
Bakı, 6 may, AZƏRTAC
Ukraynanın İvano-Frankovsk vilayətinin Krasnik Verxovinsk kəndi yaxınlığında belaruslu turistləri daşıyan avtomobilin aşması nəticəsində Belarusun 3 vətəndaşı ölüb, 8 adam müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatı Belarus XİN-in informasiya departamentinin rəhbəri Anatoli Qlaz yayıb. Onun sözlərinə görə, çaya düşərək aşan yük avtomobilində 23 nəfər olub. Ölən və yaralananların şəxsiyyətləri müəyyən edilib. Qlaz əlavə edib ki, turistlər qayıqla çayda üzmək üçün yüksək dağlıq əraziyə yollanıblar.
Ukraynanın hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqat aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]