Ukraynada prezident seçkiləri ilə əlaqədar qeydə alınan namizədlərin sayı 26-ya çatıb
Kiyev, 31 yanvar, AZƏRTAC
Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha üç nəfərin - İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenskinin prezidentliyə namizədlikləri qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan namizədlərin sayı 26-ya çatıb. Artıq 51 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]