UKRAYNALI HƏMKARLARLA TƏCRÜBƏ MÜBADİLƏSİ
Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Validə Kazımova və İlham Məmmədov təcrübə mübadiləsi məqsədi ilə Kiyevə gəlmişlər. Onlar Avropanın bu ən iri ölkələrindən birində prezident seçkilərinin informasiya-analitik təminatı, “Ukrayna Prezidenti seçkiləri” sisteminin fəaliyyəti və başqa məsələlərlə tanış olacaqlar.
Azərbaycan nümayəndələri Ukrayna MSK-nın sədri M.Ryabtsla görüşmüşlər. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
MSK üzvləri ölkəmizin səfirliyində də olmuşlar.
İ.Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, həmkarlarla hər bir görüşdə Ukrayna tərəfi Azərbaycanda bütün səviyyələrdə keçirilən seçkilərdə demokratiyanın, şəffaflıq və azadlığın yüksək səviyyədə olduğunu bildirmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:50]
Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır
- 17.06.2026 [10:38]
Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
- 17.06.2026 [10:04]
MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
- 17.06.2026 [09:10]
Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]