“ULU FARM” MMC-YƏ ƏCZAÇILIQ FƏALİYYƏTİ ÜÇÜN VERİLMİŞ LİSENZİYA LƏĞV EDİLMİŞDİR
Səhiyyə Nazirliyndən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “ULU FARM” Məhdud Məsuliyyətli Cəmiyyəti özəl əczaçılıq müəssisəsinə baxış keçirilmişdir.
Baxış zamanı “ULU FARM” MMC-nin anbar hissəsinin təmirsiz olması, dərman vasitələrinin saxlanma qaydalarına və sanitar normalara riayət edilməməsi, ventilyasiya sisteminin və kondisionerin işlək vəziyyətdə olmaması aşkarlanmışdır.
Bundan başqa məlum olmuşdur ki, 10 adda (106 qutu) dərman preparatının yararlıq sertifikatı və bir adda (2 qutu) dərman preparatlarının istifadə müddəti bitmişdir.
Bununla əlaqədar olaraq “ULU FARM” MMC-yə dərman vasitələrinin və tibb ləvazimatlarının idxalı və topdansatışı üçün verilmiş lisenziyanın fəaliyyəti Səhiyyə Nazirliyinin sərəncamına əsasən ləğv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]